Gürcüstanda qətlə yetirilən azərbaycanlıların qohumları intiqam almağa çalışdı və…

Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.

Onlar Yuxarı Saral kəndində qətlə yetirilən ailə üzvlərinin qohumlarıdır.

Həmin şəxslər sağlamlığa və daşınmaz əmlaka qəsdən zərər vurma ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, onlar qətldə günahlandırılan şəxsin həbsindən sonra onun evinə yollanıblar. T.P. adlı şəxs bellə qətli törədən şəxsin atasına xəsarətlər yetirməyə cəhd edib, İ.P. adlı şəxs isə ailəyə məxsus iki avtomobilə zərər vurub.

Faktla bağlı istintaq aparılır.