Hamamda kişi cəsədi tapıldı – BAKIDA

Bakı sakini hamamda ölü tapılıb.

ONN media bildirir ki, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yunis oğlu Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki yaşadığı evin hamam otağında ölüb.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, N.Məmmədovun hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.