“Hummer”ini və özünü yandırdı – Azərbaycanda dəhşətli OLAY

Şəmkirdə sürücü Şəmkir rayon Dövlət Yol Polisinin cərmə meydançasında hələlik adı açıqlanmayan şəxs idarə etdiyi “Hummer” markalı avtomobilini və özünü yandırıb.

ONN media  xəbər verir ki, hadisə nəticəsində cərimə meydançasında olan “VAZ 21 011” markalı avtomobil də alışıb. İlkin məlumatlara görə xəsarət alan şəxs Gəncədə yerləşən özəl xəstəxanalardan birinə gətirilib vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil

Xəsarət alan şəxsin adı Həsənov Fuad Aydın oğludur. O. Şəmkir rayon sakinidir. (baku.ws)