“Hyundai”la piyadanı vurub öldürdü

Bu gün saat 3 radələrində Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

ONN media xəbər verir ki, Bakı şəhər sakini E.Valiulin idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Kazımovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.