ONN İnformasiya Agentliyi

İki qardaş eyni gündə öldü – BAKIDA DƏHŞƏT

İki qardaş eyni gündə öldü – BAKIDA DƏHŞƏT
12 Aprel 2019 - 16:25

Dünən Bakı şəhər Xətai rayonu Babək prospektində yerləşən mənzildə meyiti tapılan 1979-cu il təvəllüdlü Yuriy Məhərrəmov və qardaşı, 1975-ci ildə anadan olmuş Aleksandr Məhərrəmovun yüksək dozalı narkotikdən öldüyü məlum olub.

ONN media xəbər verir ki, ilkin araşdırmalar zamanı hər iki şəxsin yeni əldə etdiyi maye formalı yüksək dozalı narkotiki qəbul etməsi nəticəsində vəfat etdiyi dəqiqləşib.

İki qardaşı intihar məqsədi ilə qəsdən yüksək dozada narkotik qəbul etməsi və ya ehtiyatsızlıq səbəbindən ölməsi hələlik tam dəqiqləşməyib.

Bildirilir ki, dünən gecə iki qardaşın olduğu otağa daxil olan onların bacısı oğlu hər iki şəxsin öldüyünü görərək anasına xəbər verib. Qadın təcili tibbi yardıma müraciət etsə də, artıq gec olub.

Ölən şəxslərin yanından şpris tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, ölüm səbəbinin dəqiqləşməsi üçün ekspertiza təyin edilib.

*****

Bakıda 2 qardaşın meyiti tapılıb.

Xətai rayonu Babək prospektində yerləşn binada yaşayan 1979-cu il təvəllüdlü Yuriy Məhərrəmov və 1975-ci ildə anadan olmuş Aleksandr Məhərrəmovun meyiti aşkarlanıb.

İki qardaşın olduğu otağa daxil olan onların bacısı oğlu hər iki şəxsin öldüyünü görərək anasına xəbər verib. Qadın təcili tibbi yardıma müraciət etsə də, artıq gec olub.

Faktla bağlı araşdırmalara başlanılıb, ölüm səbəbinin dəqiqləşməsi üçün ekspertiza təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png