İtkin düşən 82 yaşlı kişinin meyiti meşədə TAPILDI

Qaxda itkin düşən 82 yaşlı kişinin meyiti tapılıb.

ONN media oxu.az-a istinadən xəbər verir ki, 82 yaşlı Aslan Ağamalıyevin meyiti Ləkit kəndində meşəlik ərazidə aşkarlanıb.

Ailə üzvləri bildirir ki, o, sentyabrın 1-i səhər saatlarında fındıq yığmaq üçün bağa gedib. Həmin gündən A.Ağamalıyev geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.