ONN İnformasiya Agentliyi

İtkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı

İtkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
16 Yanvar 2021 - 1:43

Bir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.

Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə öncə yerli polis tərəfindən axtarış elan olunub.

Nəhayət bu gün səhər saatlarında V. Rzanın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png