ONN İnformasiya Agentliyi

Kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi – BAKIDA

Kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi – BAKIDA
20 Oktyabr 2020 - 2:33

Bakının Xəzər rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən ailə münaqişəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə  hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, 1972-ci il təvəllüdlü yerli sakin Toğrul Hüseynov qızı ilə barışıq üçün evinə gələn 1993-cü il təvəllüdlü keçmiş kürəkəni Nurlan Paşayevə balta ilə hücum edib.

Münaqişə zamanı kişi N.Paşayevin başına balta ilə bir neçə zərbə endirib. Nəticədə zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, T.Hüseynov saxlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png