Kürdəmirdə 56 yaşlı kişi intihar edib

Kürdəmirin Comərdli kəndində 56 yaşlı kişi intihar edib.

ONN media xəbər verir ki, kənd sakini, 1967-ci il təvəllüdlü Zeynal Rüstəm oğlu İsmiyev özünü yaşadığı evdə kəndirlə asıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Bununla belə, onun 1992-ci ildən əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Z.İsmiyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.