ONN İnformasiya Agentliyi

Lənkəranda oğul atasını bıçaqladı

Lənkəranda oğul atasını bıçaqladı
03 Mart 2021 - 22:23

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə General Məhəmməd Əsədov küçəsi, 21 saylı evdə baş verib. Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə-manaqişəsi zəminində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır. / “Report”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png