ONN İnformasiya Agentliyi

Mənzildə meyidi tapılan 4 nəfərdən biri itkin düşmüş tələbədir

Mənzildə meyidi tapılan 4 nəfərdən biri itkin düşmüş tələbədir
05 Yanvar 2023 - 23:00

Bu gün Bakının Nərimanov rayonunda evdən tapılan 4 meyitdən birinin kimliyi müəyyənləşib.

ONN media xəbər verir ki, onun 19 yaşlı Allahverdiyev Kamran Xaliq oğlu olduğu məlum olub.

Məlumatı mərhumun yaxınları təsdiq edib.

Məlum olub ki, hadisədən öncə Kamranın itkin düşməsi barədə polisə məlumat verilib. O, dekabrın 31-də dostunun ad gününə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əlavə edək ki, Kamran Bakıdakı şadlıq evlərinin birində ofisiant işləyib. Onun ad gününə getdiyi dostunun adı isə Kənan olub. Kamranın yaxınları 31 dekabr tarixindən Kənanla da əlaqə yarada bilmədiyini qeyd ediblər.

Qeyd edək ki, Kamran Allahverdiyev Sumqayıtda 31 nömrəli məktəbin 10-cu sinif şagirdi olub. O, ailəsinin yaşayış yerini dəyişməsi səbəbiylə məktəbə gec başlayıbmış.

Xatırladaq ki, bu gün Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png