ONN İnformasiya Agentliyi

Masaj etdirən hamilə model öldü

Masaj etdirən hamilə model öldü
23 İyul 2019 - 19:23

Tailandın Çianqmae şəhərində qəribə ölüm hadisəsi baş verib.

ONN media bildirir ki, 25 yaşlı hamilə rəqqasə və model Viravan Kedkesri ayaq masajı zamanı komaya düşüb, bir qədər sonra isə dünyasını dəyişib. Seans zamanı modelin qəfildən ürəyi gedib. Masaj salonunun personalı Viravanı ayıltmağa çalışsalar da, heç nə alınmadığını görüb həkim çağırmalı olublar. Tibbi heyət dərhal modeli xəstəxanaya aparıb.

Ancaq təcili yardım maşınında Viravan insult keçirib və ürəyi dayanıb. Həkimlər ona ağciyər arteriyasında qanın laxtalanması diaqnozunu qoyublar. Komaya düşən Viravan 6 ay sonra süni nəfəs aparatından ayrılıb.

5 yaşlı oğlu olan modelin ölüm faktını polis əvvəlcə araşdırmaq istəməsə də, KİV-in müdaxiləsindən sonra istintaq başaldılıb. Hazırda masajistin ixtisasını, hamilə qadına tay masajını etməyin mümkün olub-olmadığını araşdırır. (qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png