ONN İnformasiya Agentliyi

Moskvada güllələnən iş adamı kimdir?

Moskvada güllələnən iş adamı kimdir?
04 İyun 2022 - 8:39

iyunun 2-də axşam saatlarında Ermənistanda bir neçə ildir axtarışda olan iş adamı Ohanes Kamaryan Moskvanın mərkəzində öldürülüb.

ONN media xəbər verir ki, O.Kamaryan 2013-cü ildə sahibkar rəqibi Rafik Madoyanın sifarişli qətlini təşkil etməyə cəhddə günahlandırılırdı.

Ermənistanda Kamaryanı 20 il həbs cəzası ilə hədələyiblər, onu “İnterpol” vasitəsilə axtarışa veriblər.

Ohanes Kamaryan kimdir?

62 yaşlı biznesmen Ohanes Kamaryan kommersiya fəaliyyəti və idarəetmə üzrə konsaltinq xidmətləri göstərən “Finkor Consulting” MMC-nin təsisçisidir. O, əvvəllər rəqibi və Ded Xasanın müttəfiqi Rafik Madoyanın qətlini hazırladığına görə axtarışda olub.

REN TV kanalı mənbəsinə istinadla məlumat verib ki, 2013-cü ildə Kamaryan Ermənistanda olarkən icraçıya İspaniyada ev və 500 min dollar pul mükafatı vəd edib. Lakin polis cinayətin qarşısını ala bilib, onun sifarişçisini isə yerli hüquq-mühafizə orqanları axtarışa verib.

Videomüşahidə kameralarına əsasən, Kamaryanın qətli sifariş əsasında olub. Kamaryan qızla Komsomolsk prospektində yerləşən “Seyci” restoranından çıxarkən güllələnib. Naməlum şəxs Kamaryana kürəyindən və başından atəş açıb, bundan sonra ölən şəxsin fotosunu mobil telefonu ilə çəkərək, qaçıb. Biznesmeni müşayiət edən 22 yaşlı Yekaterina Popova da qaça bilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) və 222-ci maddələri (qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Son məlumatlara görə, iş adamı Ovannes Kamaryanı öldürən killer saxlanılıb. Onun 24 yaşlı Ermənistan vətəndaşı olduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png