ONN media

Orta yaşlı qadın bıçaqlandı – SAATLIDA

Orta yaşlı qadın bıçaqlandı – SAATLIDA
24 İyul 2019 - 23:23

Saatlı rayonunda bıçaqlanma olub.

Rayonun Seyidlər kəndində 1980-ci il təvəllüdlü yerli sakin Hüseynova Əsmət Niyam qızı bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanma hadisəsinin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır (Report).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png