ONN İnformasiya Agentliyi

“Ova gəlmişdilər”… ov ləvazimatı üçün

“Ova gəlmişdilər”… ov ləvazimatı üçün
19 May 2018 - 13:25

ONN media DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Hacıyeva ötən ilin avqust ayından cari il may ayının 17-dək olan müddətdə Bakıxanov qəsəbəsində yaşadığı binanın zirzəmisindəki saxlanc yerindən qardaşına məxsus rezin qayıq, 2 ədəd dalğıc geyimi 3 ədəd qundağlı oxatanın oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Rəşad Həsənov və Pərvin Nəsibov olduqları, oğurladıqları ləvazimatları ovçular dükanına satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd olunan ləvazimatlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png