Neftçalada ər arvadını bıçaqladı

Neftçalada ər arvadını bıçaqladı
Neftçala rayonunda qətl hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.
Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır
Geri qayıt