ONN İnformasiya Agentliyi

QANDONDURAN HADİSƏ: Ana övladlarını boğub sonra isə…

QANDONDURAN HADİSƏ: Ana övladlarını boğub sonra isə…
02 Sentyabr 2022 - 8:34

Braziliyada ana öz uşaqlarını öldürərək cəsədlərini bir neçə həftə evdə saxlayıb.

ONN media xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

İlkin məlumata görə, 31 yaşlı Eliara Paz Nardes qətldən sonra vəkilinə zəng edərək qətli törətdiyini etiraf edib. Daha sonra polis çarpayıda qadının doqquz yaşlı qızının və üç yaşlı oğlunun cəsədlərini tapıb.

Nardes çürümə iyini gizlətmək üçün onların bədənlərini yorğanla bürüyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, ana oğlanı yastıqla, qızı isə yaylıqla boğub.

“Dindirilmə zamanı Nardes, tənha olduğunu, çox yorulduğunu, uşaqları maddi və mənəvi cəhətdən böyütməyə imkanının olmadığını bildirib. Uşaqları öldürdükdən sonra o, intihar etmək istəyib”, – deyə polis əlavə edib.

Hazırda qadına qarşı cinayət işi başladılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png