Qayınana ilə gəlinin mübahisəsi ölümlə bitdi

Bakıda ailə-məişət mübahisəsi ölümlə nəticələnib. 
ONN media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəlllüdlü Hüseynova Nəzakət Əlihüseyn qızı yaşadığı evdə gəlini ilə mübahisə edib. Mübahisə zamanı qayınana qəfildən yıxılaraq ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.(apa)