ONN İnformasiya Agentliyi

Qazaxda davada 4 nəfər bıçaqlanıb — Biri qadındır

Qazaxda davada 4 nəfər bıçaqlanıb — Biri qadındır
26 İyul 2020 - 23:49
Qazax rayonunda bıçaqlanma hadisəsi olub.

ONN media  xəbər verir ki, münaqişə zəminində 3 nəfər – 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar. Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.

Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

İlkin məlumata görə, hadisə Qazax şəhərində yerləşən kafelərin birində baş verib. Təhqiramiz ifadə üstündə yaranan mübahisə dava ilə nəticələnib.

Hadisənin təfərrüatları araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png