ONN media

Qohumlar arasında QORXUNC CİNAYƏT – Bacısının ərini…

Qohumlar arasında QORXUNC CİNAYƏT – Bacısının ərini…
06 Sentyabr 2019 - 23:01

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

ONN media xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmə isdtintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də davam edəcək.

İttihama görə, ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png