ONN İnformasiya Agentliyi

Qonşusunu şişlə öldürən şəxs əvvəl şikayət etdi, sonra imtina

Qonşusunu şişlə öldürən şəxs əvvəl şikayət etdi, sonra imtina
11 Noyabr 2017 - 12:30
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Səxavət Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
ONN media APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda S.Mehdiyevin vəkili çıxış edərək apellyasiya şikayətindən imtina etdiklərini deyib. Buna görə, apellyasiya baxışına xitam verilib.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da Xətai rayonu, Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Səxavət Mehdiyev qonşusu, Ağdam sakini, əvvəllər məhkum olunan 46 yaşlı Müşfiq Şükürovu şişlə qətlə yetirib, sonra könüllü Xətai RPİ 35-ci polis bölməsinə gedərək, təslim olub.

İstintaqla müəyyən edilib ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona dəfələrlə yüksək səs verməsi qonşuların narazılığına səbəb olub. Səxavət Mehdiyev buna görə naqilləri kəsib. Onların arasında mübahisə yaranıb, M.Şükürovun söyüş söyməsindən hiddətlənən S.Mehdiyev şişlə qonşusunun bədəninə ağır xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Mehdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png