ONN İnformasiya Agentliyi

Quldurlar azərbaycanlıya hücum etdilər, öz adamlarını güllələdilər – Kuryoz cinayət

Quldurlar azərbaycanlıya hücum etdilər, öz adamlarını güllələdilər – Kuryoz cinayət
18 Mart 2018 - 9:28

Rusiyanın Moskva vilayətində kuryoz cinayət hadisəsi baş verib.

ONN media Lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər.

Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər.

Amma iş adamı quldurlara müqavimət göstərib. Bu zaman basqınçılardan biri atəş açmağa başlayıb. Güllələr isə azərbaycanlı biznesmenə yox, basqınçılardan birinə dəyib. Nəticədə o, həlak olub. Panikaya düşən quldurlar yoldaşlarını hadisə yerində qoyaraq qaçıblar.

Hazırda onların axtarışı gedir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png