Rəşad Dağlıdan ilk açıqlama gəldi

Gecə saatlarında qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) ifadə verib. 

ONN media xəbər verir ki, bununla bağlı Sfera.az məlumat yayıb. 

Qeyd edilib ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.