Rusiyada azəbaycanlını amansızlıqla öldürən qatil tutuldu – Dəhşətli cinayətin SƏBƏBİ İSƏ…

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü haqda məlumat vermişdik.

30 yaşlı Elmir Əhmədovun qətlə yetirmiş 26 yaşlı Aleksandr Qorşkov həbs olunub. Samara Prokurorluğu əvvəllər oğurluq maddəsi ilə məhkunluq yaşamış Qorşkovun Əhmədovu qısqanclıq zəmində qətlə yetirdiyini ehtimal edir. Belə ki, onun 2 aydır ki, birgə yaşadığı Yekaterina İ. uzun müddət Elmir Əhmədovla eşq macərası yaşayıb.

Bundan xəbər tutan Aleksandr Qorşkov qızın telefonundan Elmir Əhmədova zəng edərək onu gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində görüşə çağırıb. Özünə məxsus “Qazel” markalı avtomobildə hadisə yerinə gələn azərbaycanlı gənc qısqanc rus kişinin bıçaqlı hücumuna məruz qalıb. O aldığı xəsarətlərdən yerindəcə keçinib. Bundan sonra, Qorşkov Elmir Axundovu öldürdüyü gizlətmək üçün “Qazel”ə od vurub. Cəsədin yanması ilə cinayətdəki izinini itəcəyinə ümid edən Qorşkovun istəyi baş tutmayıb. Hazırda o, həbs olunub.

Elmir Əhmədovun Qarabağdan olan məcburi köçkün ailəsində böyüdüyü və 3 qardaşı ilə birlikdə 1999-cu ildən Samara vilayətində yaşadıqları məlumdur.