ONN İnformasiya Agentliyi

Rusiyada öldürülən azərbaycanlı tələbədən YENİ XƏBƏR

Rusiyada öldürülən azərbaycanlı tələbədən YENİ XƏBƏR
16 İyun 2020 - 19:22

Rusiyada öldürülən 17 yaşlı vətəndaşımız, Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun meyiti Azərbaycana təhvil veriləcək.

ONN media  xəbər verir ki, iyunun 12-də axşam Volqoqradın Voroşilovski rayonunda Tibb Universitetinin birinci kurs tələbəsinin meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından gəncin Azərbaycan vətəndaşı olduğu bildirilib.

O, çoxsaylı bıçaq zərbələri nəticəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Hazırda müstəntiqlər və polislər cinayətkarı axtarır, onun bəzi əlamətləri müəyyən edilib.

Qeyd edilib ki, meyitin təhvil verilməsi məqsədilə etibarnamə vermək üçün uzun müddət tələb edilir, mərhumun Volqoqradda qohumu yoxdur.

İyunun 15-də qubernator Andrey Boçarov qətlin açılmasına kömək edən şəxsə 1000000 rubl (24,5 min AZN – red.) mükafat verəcəyini bildirib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png