ONN İnformasiya Agentliyi

Şəmkirdə dəhşət: qardaş qardaşı güllələdi

Şəmkirdə dəhşət: qardaş qardaşı güllələdi
04 İyul 2019 - 15:48

Şəmkir rayonunda qardaş qardaşı güllələyib.

DİN-dən ONN media-ya verilən məlumata görə, “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png