Sənaya təcavüzdə ittiham olunan xalası oğlu SAXLANILDI

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə S. Qəhrəmanlının vəkili məlumat verib.

O bildirib ki, Ə. Ağazadə şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxs Ə. Ağazadə zərərçəkmiş Sənay Qəhrəmanlının xalası oğludur.

Faktla bağlı prokurorluqdan cinayət işi başlanmışdı.(publika.az)