ONN İnformasiya Agentliyi

Sabiq futbolçu həbs olundu – Silah qaçaqçılığına görə

Sabiq futbolçu həbs olundu – Silah qaçaqçılığına görə
09 Sentyabr 2020 - 15:21

Türkiyə Super Liqasının sabiq futbolçusu M.A. İstanbul Baş Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən saxlanılıb.

ONN media xəbər verir ki, o, silah qaçaqçılığında ittiham olunur.

Qanunsuz silah ticarətinin qarşısının alınması üçün keçirilən əməliyyat çərçivəsində saxlanılan sabiq futbolçunun yanında sənədsiz silahlar aşkarlanıb.

Onun evində və avtomobilində aparılan axtarış zamanı da külli miqdarda odlu silah ələ keçirilib.

M.A. haqqında növbətçi məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png