Şamaxıda çoban qətlə yetirildi

Şamaxıda qətl hadisəsi baş verib.

ONN media  xəbər verir ki, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib.

Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayonun Quşçu kənd sakini çobanlıqla məşqul olan Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır, Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.