ONN İnformasiya Agentliyi

Sevgilisi tərəfindən tərk edilən polisdən ŞOK ƏMƏL

Sevgilisi tərəfindən tərk edilən polisdən ŞOK ƏMƏL
15 Fevral 2020 - 5:30

Serbiyada 2 uşaq atası 31 yaşlı polis məmuru gizli eşq yaşadığı qadının onu tərk etməsinə əsəbləşərək özünü və sevgilisini maşında partladıb.

ONN media xəbər verir ki, Serbiyada Vojvodina bölgəsində yaşayan evli, 2 uşaq atası Pavle Rakonjak, qızının getdiyi bağçada dərs deyən müəllimə ilə gizli eşq yaşayıb. Məmur və Marina adlı sevgilisi 2 ilə yaxın gizli münasibətdə olublar. Bağça müəlliməsi olan gənc qadın sevgilisindən ayrılmaq istəyib. Marinanın yaxın dostları bildiriblər ki, o sevgilisindən ayrılıb, həyatında yeni səhifə açmağa qərar verib. Hətta buna görə işdən də çıxıb. Lakin Rakonjak sevgilisinin ayrılmaq fikrindən daşınmadığını görüb, əsəblərini cilovlaya bilməyib. O sevgilisinin və özünün olduğu ”Opel Vecrta” markalı avtomobilini əl bombası ilə partladaraq havaya uçurub. Nəticə də hər iki aşiq partlama nəticəsində həyatını itirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png