Sumqayıtda fəhlə iş yerində öldürüldü

Sumqayıtda qətl hadisəsi törədilib.

ONN media “Report”a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.