Sumqayıtda kütləvi dava: ölü və yaralı var

Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

ONN media “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.