Tələbə güllələndi

Sudanın Əl-Qeneyna şəhərində nümayişin dağıdılması zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

ONN media xəbər verir ki, polislər yerli sakinlərin nümayişini dağıdan zaman bir tələbəni güllələyiblər.

Asayiş keşikçiləri etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

Sudan vətəndaşları hökumətin çörək məmulatlarının qiymətini qaldırmasına etiraz edirlər.