ONN İnformasiya Agentliyi

Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama

Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama
03 İyul 2020 - 12:23

Tərtər rayonu Hacıqərvənd kəndində qətlə yetirilən 2 yaşlı uşağın atası ilə qatil Elmir Hüseynov yaxın qohumdurlar.

Bunu ONN media-a Hacıqərvənd bələdiyyəsinin sədri Kəmaləddin Heydərov deyib. O bildirib ki, 2 yaşlı Ömər Ağazadənin hansı səbəbdən öldürülməsi məlum deyil:

“Hazırda qətlə yetirilən uşağın ailəsinin yaşadığı evdəyəm. Ailələr arasında hansısa ədavət olmayıb, onlar yaxın qohumdurlar. Hətta hadisə baş verməmişdən təxminən 1 saat əvvəl uşağın atası ilə qatil bir yerdə olublar. Uşaq yaşadığı evdə qətlə yetirilib, başına kərki ilə vurulub. Uşağı öldürən şəxs barədə pis nəsə eşitməmişdik. İndi bu iş niyə baş verib, biz də bilmirik”.

Qeyd edək ki, ötən gün Tərtərin Hacıqərvənd kəndində 2018-ci il təvəllüdlü Ömər Ağazadə öldürülüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Elmir Hüseynov saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png