ONN İnformasiya Agentliyi

Turanı öldürən 20 yaşlı idmançı həbs olundu

Turanı öldürən 20 yaşlı idmançı həbs olundu
30 Noyabr 2022 - 13:22

26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan olimpiya komleksi MMC-nin inzibati binasının bir nömrəli zalında keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ruslan Elçin oğlu Səfixanov 2006-cı il təvəllüdlü Turan Zəka oğlu Rüstəmovu bıçaqla xəsarət yetirərək öldürüb.

ONN media xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə bildirib.

O əlavə edib ki, ilkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib:

“28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png