ONN İnformasiya Agentliyi

Türkiyəni SARSIDAN OLAY – Keçmiş ər qızının gözü önündə arvadını doğradı: “Ana, nə olar ölmə…”

Türkiyəni SARSIDAN OLAY – Keçmiş ər qızının gözü önündə arvadını doğradı: “Ana, nə olar ölmə…”
23 Avqust 2019 - 23:48

Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsi ölkənin gündəmini zəbt edib. 

Türkiyə mətbuatı yazır ki, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən hücuma məruz qalıb. Keçmiş ər Fedai Baran 10 yaşlı qızının gözü önündə öldürüb.

Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq “ana, nə olar ölmə!”, – deyib.

Yaralının həyatını xilas etmək mümkün olmayıb.

F. Baran daha sonra açıqlamasında deyib:

“Söhbət zamanı Əminədən təkrar evlənib evlənməyəcəyini soruşdum. Çünki belə bir şey eşitmişdim. O da evlənəcəyini dedi. Daha sonra uşağın kimdə qalacağını danışan zaman məni təhqir etdi. Əsəbiləşib əvvəlcə qarın boşluğuna bıçaqla zərbə vurdum, daha sonra bədəninin müxtəlif nahiyələrinə”.

Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və milyonlarla insan bu hadisəyə etiraz edib.  (azxeber.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png