ONN İnformasiya Agentliyi

“21 Azər”i UNUTMADIQ!

“21 Azər”i UNUTMADIQ!
12 Dekabr 2018 - 16:21

Unutmayaq, unutdurmayaq!

12 dekabr şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi olaraq yaddaşlarımızdadır. Bu günün tarixi və ideoloji əhəmiyyəti çox böyükdür.

Məhs 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və qəhrəman xalqımızın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi.
Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də azadlıq eşqi ilə yanan xalqlar üçün də, örnək ola biləcək hadisədir. Bu 21 Azər ona görə adlanır ki, İran təqvimi ilə bu hərəkat 21 Azər ayında, 12 dekabrda baş verib.

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
– Hökümət iri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümətə qarşı qanlı müdaxilələr və qətliamların törədildiyi bir şəraitdə 1946-cı il azər ayının 21-də Azərbaycan Milli Hökuməti süquta uğradı.

S.C.Pişəvəri isə 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak oldu.

 

CAVİD

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png