ONN İnformasiya Agentliyi

TÜRKCƏNİN YASAQ OLMASINA GÖRƏ BİR SƏNƏD – ARAZ ƏHMƏDOĞLU YAZIR

TÜRKCƏNİN YASAQ OLMASINA GÖRƏ BİR SƏNƏD – ARAZ ƏHMƏDOĞLU YAZIR
10 Mart 2019 - 21:08

Araz ƏHMƏDOĞLU (XOY) – xüsusi olaraq ONN üçün. Sənəd 1929-cu (1307 Hicri Şəmsi) ilə aiddir.

Rza şah vaxtında Maarif, Ovqaf və Sənaye nazirliyi, Azərbaycan Maarif və Ovqaf idarəsi, Təftiş İdarəsi, tərəfindən 1307/11/18 tarixində Darülmüəllimin Mədrəsəsinin müdirinə yazılmış bir əmriyyə: “Şənbə günü 07/11/13 saat 16:00-da o mədrəsənin (okulun) şagirdləri idman zalına gəldikdə hamısı TÜRKCƏ danışırdı.

İdarənin müfəttişi 4-cü sinif uşaqlarından birinə sərt təpki verib deyir: “Niyə Türkcə danışırsız, məgər sizə Türkcənin yasaq olduğunu və həmişə Farsca danışmağı deməyiblər?” O şagird isə cavab olaraq deyib: “Şagirdlərin hamısı Türkcə danışır və okul tərəfindən bizə heç nə deməyiblər.” Bazar günü tezdən telefonla idarədən okula zəng edib o uşağı tənbeh edilməsini istəyiblər.

Cavab olaraq okuldan deyiblər: “Bizim şagirdlərimiz Türkcə danışmır.” Düzdür idarə sizin göz-qulaq olmağınızda şəkki yoxdur, məsləhət bildiyiniz vaxtlarda uşaqların hamısını həyətə toplayıb onlara lazım olan xəbərdarlığı verin.”

Sənədi azərbaycan türkçəsinə çevirən: Araz Əhmədoğlu

Əgər bu gün əziz balalarımız ana dildə təhsil nemətindən məhrumdurlarsa, bunun başda gələn amili sümürgəçi və emperialistlərin kuklası və onların siyasətini yürüdən Rza Palançı (Pəhləvi)dir. Pəhləviləri işə gətirənlərin əsl siyasəti İslam dünyasını aradan aparmaq idi. Amma ilanı Seyid Əhməd əli ilə tutmaq, yəni bu işi müsəlmanların öz əlləri ilə görmək istədilər. Bu işə hansı müsəlman razı ola bilər? Özünü məqama, pula, dünyanın ötəri ləzzətlərinə satan imansız Rza Palançılar.

Eşşək qəşovlamaqdan şahlığa gətirilən Rza Palançı! Onun kimi birisini şahlığa qəbul etmək üçün bir sürü savadsız və ac insan gərəkirdi. Bu işi sümürgəçilərin ən kəskin düşməni olan Türklərdən başlamalıydılar. Çünki tarix boyu Türklərin aşa bilmədiyi heç bir dağ, bir qala, bir duvar ya əngəl olmamışdır. Elə ona görə də Türkü manqurtlaşdırıb kimliyini əlindən almaqla onu özünə ən böyük düşmən də etmək olar. Və belə də oldu Türkləri savadsızlaşdırmağa başladılar. Amma Türkün qanında var, canında var, inamında var Türklük.

Bu sənəd neçə cəhətdən önəmlidir: 1. Burada “Azərbaycan” sözü gedir, Tehrandan bu yana Azərbaycan vilayəti var. Qərbi, Şərqi, Ərdəbil, Zəngan, Həmədan və Kürdistan adlı ostanlar hələ yoxdur o tarixdə.

2. Bizi “Azəri” yox, “Türk” bilirlər. Çünki biz Türk millətiyik.

3. Türk dilinin yasaq olması Rza Pəhləvi vaxtından başlamışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png