Babasından bixəbər Nikol – Cavid İSMAYIL yazır

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan babasının fotosunu
paylaşaraq onun sovet ordusunun sıralarında faşizmə qarşı döyüşdüyünü və onunla
fəxr etdiyini bəyan etdikdən sonra  bu
xəbər bütün mediada ildırım sürətilə yayıldı. Başqalarına vaxt çatmadan elə
ermənilərin özlərinin apardıqları araşdırmalar 
çox maraqlı bir faktı üzə cıxartdı.

Bəlli  oldu ki, Paşinyanın fəxr
etdiyi babası, doğrudan da, döyüşlərdə iştirak edib,  lakin bir əmması var. Əmması da ondan
ibarətdir ki, Paşinyanın babası sovetlər tərəfindən deyil, nasist-faşist
Almaniyası tərəfindən döyüşüb. Bunları təsdiq edən tarixi sənədləri də elə məhz
ermənilərin özləri media vasitəsilə dünyaya çatdırdılar.

Vəziyyəti belə görən Paşinyan bu dəfə də özü özünü təkzib edərək
deyilən şəxsin babası olmadığını iddia etmək istədi. Lakin faktların sanballı
arxiv sənədlərinə istinadını gördükdə həm özü, həm də tərəfdarları  bəyanatlarında babasına görə Nikolun cavabdeh
olmadığını bildirdilər.

Bu məsələ bu gün də İrəvanda gündəmdədir. Hərdən düşünürəm ki, digər tərəf bir az da təzyiq etsə, bu dəfə də Nikol babasını qarışdırdığını və bunda da nənəsi Aykanuşun günahkar olduğunu iddia edəcək. Təbii ki, əgər  belə  bir  hadisə  baş  verərsə, heç təəccüblənmərəm. Əslində  ermənilərin özləri də  təəccüblənməzlər. Çünki, anahit tayfasından törənənlərdə buna bənzər məsələlər adi haldır. Zənnimcə, dünya antropoloqları belə bunları təhlil etsələr, bunların ana mayasının – genetik formalaşmasında az qala dünya xalqlarının hər birinin hüceyrəsini aşkar etmiş olarlar.

Nə isə, qayıdaq mətləbə.

11 oktyabr 2019-cu ildə Aşqabadda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, MDB dövlət 
başçıları ilə görüşündə demişdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman
kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB
məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət
Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaragen Nijde ləqəbi ilə alman
faşistlərinə xidmət etmiş Qaragen Ter-Arutyunyana heykəl qoyub… Təəssüf ki,
Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB
məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.”

Az əvvəl isə bir yazı hazırlayarkən qarşıma ermənilərin 2013-cü ildə
İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası tərəfindən döyüşən, milli
qəhrəmanları hesab etdikləri cəllad, qaniçən Qaragen Nijdeyə yeddi milyona
ərsəyə gətirdikləri filmlə tanış oldum. Bu filmin təkçə 5 dəqiqəsinə baxmaq
kifayətdir  ki, erməni xislətini
görüb,onların insanlığın üz qarası olmasına əmin olasan.  Həmin epizodda quldur Nijdey: “Türklər bizim
düşmənimizdir, biz onları məhv etməliyik, onlar bizim torpaqlarımızı işğal
ediblər, onları məhv etməliyik…” sözlər işlətməklə odlu-alovlu çağırışlar
edir. Bəli, əsl erməni xisləti, erməni məfkurəsini göstərir!

Elə bu söz-söhbətlərin cərəyan etdiyi, Nikolun nənəsinə gözlərin
tuşlandığı zaman, 1001 qarışıqdan əmələ gələn Nikol fikirləşir və gündəmi
dəyişmək üşün öz aləmində mövzu tapır. Mövzu da, nə olsa yaxşıdır?, bizim Məhəmməd Əmin
Rəsulzadə. Bəli, bütün Türk dünyasında və müsəlman Şərqində ilk dünyəvi
Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd
Əmin Rəsulzadə.

Nikol, diqqətlə oxu, Azərbaycan xalqı və Azərbaycan dövləti öz
dəyərlərini yaxşı tanıyır və ona sahib çıxır və çıxmalıdır.

Elə Nikolun son sərsəmləməsində yadıma ümummilli lider Heydər
Əliyevin bu sözlərini düşdü“ Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim
vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə
demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının
əsasını qoydu. Azərbaycanın bütün vətəndaşları – biz Azərbaycan Xalq
Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları
böyük minnətdarlıq hissi ilə yad edirik…”

Dövlət, siyasi və ictimai xadim, dissident, azadlıq hərəkatının liderlərindən olan Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktınının qəbulu zaman, 18 oktyabr 1991-ci il tarixdə demişdi; “ Azərbaycan Müstəqillik aktının bərpası, Azərbaycan respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin  və onun qurucularının varisidir”.  Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyətinin  qurucuları Məhəmməd Əmin Rəsulzadə, Xoyski Fətəli xan İsgəndər xan oğlu, Şaxtaxtinski Həmid ağa Xəlil oğlu, Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu və s. olmuşdur.

Dəyərlərimizə daim qiymət verən və onu  yaşadan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev isə: “Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının
gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində
milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş
yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə
ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi
xadimdir” sözlərini ifadə etmişdir.

Nikol, doğru dediyin odur ki, 
ümummilli lider Heydər Əliyev 29 dekabr 1993-cü il tarixdə, Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110
illik yubileyinin keçirilməsi haqqında fərman, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin
keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışlar.

Nənəsinin yalan danışdığı Nikola da sonda bunları çatdırım. Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birgə müsəlman Şərqində ilk dünyəvi Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Bu gün, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası da elə 1918-1920-ci illərdə cəmi 23 ay  mövcud olan,  həmin 23 ayda dünya demokratiya anlayışında özünəməxsus xidmətləri olan və demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Nikol, o əlində tutduğun qəzeti heç olmasa “dəlil” kimi içtimailəşdirməmişdən öncə  anlayanın birindən orada nə yazıldığını və nə məna verdiyini  soruşardın! Orda yazılanlar bunlardır: “Biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs məfkurədən vaz keçirəcək hec bir bəşəri qüvvət yoxdur”. Bu sözləri siz anlamazsınız!!! Əslində bu ideoloji xətt, sənin cəfəng fikirlərinə cavabdır!!! Lakin anlayana. Onu da hayların içindən hardan tapasan?!

Yeri gəlmişkən, elə öz cəmiyyətimizə də Türk dünyasının atası Mustafa
Kamal Atatürkün sözləri ilə başlayaraq müraciət etmək istəyirəm”Milli
birliyi olmayan xalq, başqa xalqların şikarı olar!” Zaman-zaman biz
başqalarının şikarı olmuşuq. Bu gün də bunu istəyən, müstəqilliyimizi həzm edə
bilməyən qüvvələr var.

Unutmayaq ki, biz bütün düşmənlərimizə birliyimiz və bərabərliyimizlə
silahlanaraq qalib gələ bilərik.

Çünki
biz bir yerdə güclü və yenilməz olarıq! Odur ki, məsələ dəyər olanda, susma!
Vahid mövqedən fikrini de! DÜŞMƏN DƏ BİRLİK VƏ BƏRABƏRLİYİMİZİ GÖRSÜN! Son sözü
isə, Azərbaycan Silahlı Qüvvələri deyəcək!

Cavid
İSMAYIL.