ONN İnformasiya Agentliyi

Başçının diqqəti və fikri hansı səmtdədir? – Cavid İSMAYIL yazır

Başçının diqqəti və fikri hansı səmtdədir? – Cavid İSMAYIL yazır
02 İyul 2022 - 10:55

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim.

44 günlük müqəddəs Vətən savaşı bizə çox dərs verdi. İnsanlarımızın Vətən, Dövlət, Ordu, Xalq, Dövlət başçısı birliyi, bərabərliyi, vahid mövqe göstərmək əzmi ilə bərabər 300 ilə yaxın Rusiya imperiya xislətinin təsirinə baxmayaraq xalqımızın genetik koduna müdaxilənin mümkünsüzlüyünü də açıq şəkildə ortaya qoydu. İnsanlarımızın genetik kodu bir növ yenilənərək dədə kökə bağlılığını da artırdı.

İndi respublikanın hansı bölgəsinə gedirsən get, yol boyu canlarını qurban verərək Vətəni ucaldan və yaşadan müqəddəs şəhidlərimizin şəkillərini və ətraflarında Türkün müqəddəs ay ulduzlü üç rəngli və al bayraqlarının birgə dalğalandığını görürük.

Bayraq, bəli, məhz  bayraq!

Çağdaş tariximizə nəzər salsaq xeyli sayda misal gətirmək olar ki, igidlərimiz canını verib, düşmənə bayrağı təslim etməyib. Və ya bədəninə bayrağı sararaq düşmən mühasirəsindəın ac-susuz, zəifləyərək çıxıb, müqəddəs bayrağımızı qaldıraraq onu düşmənə təslim etmədiyi üçün qürurlanıb.

Bəli, Bayraq bizlərə dədədən miras qalmış bir dəyərdir. Vətən uğrunda canını qurban vermiş can parçasını Ana Vətənə tapşırarkən üzərinə örtülmüş və uğrunda can verdiyi Bayrağın öpülüb alına basaraq şəhid valideyninə təqdim edilməsi də həmin müqəddəs dəyərlərə bağlılıq, müqəddəs Vətən oğlunun ruhuna ehtiram və Dövlətçilik ənənələrinə sadiqlikdir.

Əfsuslar olsun ki, bu dəyəri düzgün anlamayanlar da aramızda mövcuddur.

Bir müddət əvvəl Tovuz rayonunda Şanlı ordumuzun hərbi qulluqcusunun dəfn mərasimində rayonun İcra başçısının müqəddəs bayrağımızı yuxarıda sadaladığım dəyərlərdən uzaq əzib, bükmüş halda şəhid atasına uzatması məni də çox üzdü.

Doğrudur, müqəddəs amallara sadiqlik, hörmət və ehtiram hər bir vətəndaşda olmalıdır, eyni zamanda siz axı İcra başçısısınız. Siz yerdə birbaşa olaraq Prezidentin nümayəndəsisiniz. Siz heç olmasa görməmisiniz ki, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev  müqəddəs bayrağın önündə diz çökür, öpüb alnına basır və böyük ehtiram göstərir? Ya siz başqalarından nümunə götürürsünüz?

Yeri gəlmişkən, 2020-ci il mart ayının 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında dövlət  başçısının   sizə  tutduğu iradıda xatırladım. Bəli, mən də düşünürdüm ki, İcra başçısı  cənab prezidentin tənqidindən nəticə çıxaracaq və xəritələrdə düzəliş edəcək. Bir sözlə tapşırığı icra edəcək. Əfsuslar olsun ki, bu yaxınlarda mediadan xəbər tutdum ki, sən demə başçı cənab prezidentin tapşırıqlarını yerinə yetirməyib və həmin xəritələri ümumiyyətlə çıxartdırıb. Cənab başçı, milyonların gözü önündə sizə cənab Prezident tapşırıq verir. Sizin isə deyəsən doğrudan da fikriniz və diqqətiniz başqa səmtdədir.

İndi mənə də maraqlıdır, başçının diqqəti və fikri hansı səmtdədir?

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png