ONN İnformasiya Agentliyi

Biz – Pərvi HACI yazır

Biz – Pərvi HACI yazır
14 Fevral 2023 - 10:30

Biz kimik? Cavabı üçün sağa-sola baxmaq lazım deyil, özümüzü aldatmayaq.

İnsan övladı dünyaya gəldiyi ilk gündən aldadılmağa başlayır, aldadılmağımız hər şey körpə vaxtımızdan bizə verilən plastik bir əmziklə başlayır. Sonra eyni formada aldadılmağa və aldatmağa  davam edirik, ilk öncə özümüzü, sonra da başqalarını.

Bir Xəzərimiz var, göldür əslində, o qədər ona dəniz demişik ki, onun özünün belə əslində göl olduğu yadından çıxıb, özünü dəniz kimi aparmağa çalışır ki, o da alınmır. Onu da özümüzə oxşatmışıq.

Ya da ki təsəvvür edin danışanda cümlələrimizə sığmayan nağıllarımız, xəyal etdiyimiz vəziyyətlərdə edəcəyimiz və edərik dediyimiz əməllərimiz var. Ancaq küçədə gəzərkən, Siz deyin əri tərəfindən döyülən qadını o kişinin əlindən neçə nəfərimiz alar?

“Hamımız” deyirmişsiz kimi eşidirəm. Bir də belə baxaq: O, qadını  kişinin əlindən alınca onunla yaranacaq mübahisə, bəlkə münaqişə və daha sonrasında müvafiq strukturlarda sorğu-sual, araşdırma…

İçimizdən neçə nəfər yenə alacaq o qadını o kişinin əllərindən?

İçimizdən neçə nəfər öz körpəsinə qışqıran ona bir şillə çəkən anaya buna görə etiraz edərik? Cavabında daha yüksək qışqırıq səslə “öz uşağımdı özüm bilərəm” tipli sözlər eşidəcəyimizi bilə-bilə…

Bu misallardakı səmimi cavablarımızdı biz kimik sualının cavabının bir qismi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png