Bu gün qədim Türk Təqvimi ilə Yeni il başlayir

Aida EYVAZLI

Lap qədim dövrlərdə  türklər 21 dekabırı Yeni il kimi—yəni təzələnmək, Çiləyə çıxmaq kimi qarşılayardılar.  Macarıstanda yaşayan türklər  hazırda bu bayramı tədqiq edib, araşdırır və yenidən həyata qaytarmaq istəyirlər.  Bu haqda “Macarıstan-Tyran” fondunun rəhbəri  Andrios Bironun dedikləri əsasında yazdığım bu yazıda oxucularımız Türklərin Yeni ilinin 21 dekabr olduğunu biləcəklər.  Yeni ilin keçirilməsinin bir çox variantları, növləri mövcuddur.  Onlardan biri də   Kara-Tun bayramıdır.  Qədim türk mənbələrində və bu gün də bir çox türkdilli xalqlar  21 dekabrda bu bayramı qeyd edirlrər. Çünki soyunu-kökünü itirməyən türklər bilir ki,  Türk xalqlarına bu bayram əcdadlarından qalıb. Bizə isə bayram Böyük Çillə kimi gəlib çıxıb.


Qədim köçəri xalqlar- hunlar, türklər və həm də qazaxların əcdadları arasında təbiət hadisələrinə inanc gülü olub. Köçəri insanlra təbiətin harmoniyası və qanunları ilə həmahəng yaşayırdılar. Onlar Ana Təbiətə hörmət edir, və özlərini bu canlı sistemin bir hissəsi sayırdılar. Yaşamaq üçün və təbiətlə həmahəng ömür sürmək üçün onlar təbiəti müşahidə etdikləri zaman öyrəndikləri bilgiləri gələn nəslə ötürürdülər. Onların inancına görə Yaradan, Ruh , həyatı idarə edən (enerji) də bir çox hallarda özünü müxtəlif  təbiət hadisələrində göstərir, bunu hətta görüb, müşahidə də edirdilər.  Köçərilərin  ən  çox inandıqları simvolları onları həyatını idarə  və həyat tərzlərinə müdaxilə edən planetlər idi. Onlar belə hesab edirdilər ki,  Ay, Günəş ulduz sistemi , hündür  dağlar, çaylar, meşələr və göllər öz güclərindən insanlara və heyvanlara, bütün canlılara paylayır. Təbiətdə baş verən bütün proseslər insanla tam təmasda olur. Bu baxımdan onlar güclü heyvanlara daha çox üstünlük verir və hətta onlara itaət edirdilər. Məslən ovçulara güc verən canavar, maral, şahin və bayquş idi. “Ovçu” burada həm də döyüşçü mənasını verir.

     
Türklərin sahib olduqları ərazilərdə yayılan inanclara görə də belə təsəvvür edilirdi ki, tayfaların əjdadlarının ruhu da o heyvanların ruhundan qidalanıb. Köçərilər  hündür, qocaman ağaçlara xüsusi qayğı ilə yanaşrıdılar. Qədim inanclara görə ağaclar hündürə boy atdıqca onların ruhu da Yer və Göy arasında birləşir. Buna görə də Həyat ağacı simvolu bütün türk tayfaları və millətləri arasında bu günə qədər qorunub saxlanmaqdadır.  Məsələn ağacların budağına müxtəlif əşyalar, parçalar bağlamaq o inanclardan bəhrələnir. Və yaxud da qartal və ya qarğaları göydən yerə məlumat gətirən bir canlı hesab edirdilər. Türklərin anlamında insanın dünyaya gəlişi və gedişi, həyatını burulğana bənzədirdilər.  Doğulub, ölüb, və yenidən dirilmək sistemini təbiətlə tam bir qarmoniyada qəbul edirdilər. Ən çox inanılan Günəş sistemi və Günəş idi. Günəşin təbiətin hər sahəsinə siyarət etdiyini, Günəşin səmada nə qədər görünməsinin , şüalarının çoxalıb-azalmasının da öz mənası var idi. Belə ki, yay qurtarana yaxın  günlərin qısalması, payızda isə günlərin uzanması, qışda isə gecələrin daha uzun olmasıni  da  türklər Günəşin ölçü sistemi ilə yəqin etmişdilər. Məlum olduğu kim, qışda gündüzlər qısalaraq, gecələr uzun olur. Dekabr ayının axırında 20, 21 və 22 dekabr günlərində gecələr gündüzdən çox uzun olurlar.

     
Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri “qaranlıq” və “böyük”  mənasını daşıyır. Buna görə də bu gün macarların dilində işlədilən “karaçon” sözü, daha çox günün tez qaralması, qaranlığın artması, gecənin tez düşməsi ilə əlaqədardır. Qədim balkar dilində də də “karaçon” sözü işlədilməkdə idi. Yalnız  buradakı türklər slavyanlaşmağa başlayandan sonra,  onların leksikonundan və həyat tərzindən “karaçon” sözü və adəti  yavaş-yavaş çıxmağa başladı. Macarların qədim mənbələrində və folklorlarında göstərilir ki,qədim macarlar 21-22 dekabr günlərində böyük tonqallar qalayıb Güdüzün Gecə ilə bərbərləşməsinin –Kara tun bayramını xüsusi coşqu ilə qeyd edərlərmiş. Həmin uzun gecəni heç kəs yatmaz, qaladıqları tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəldiyini, səhərin açıldığını gözləyərmişlər.  Onların Günəşin  yenidən doğmasını, şəfəqlərinin yayılmasını canlanma kimi bayram edərdilər. Bu bayram onlarda işıq və ümid ənənəsi idi.


Bu gün Kara Tun bayramını   Bütün Avropa dillərində  “Rojdestvo” doğuluş sözü ilə əlaqələndirilir. Və bütün  xaçpərəstlər 24 dekabr gecəsini  Müqəddəs  sayırlar. Onların inamına görə həmin gecədə İsa dünyaya gəlib. Lakin  macarların leksikonunda olan “Karatun, Karaçun”  sözü belə müqəddəslik mərasim  mənasını vermir. Bu bayram əhval ruhiyyəsi macarların məişətində o qədər güclü yer almışdı ki,  hətta rəsmi olaraq xaçpərəstliyi, xristianlığı qəbul edəndən sonra belə, onu xaçpərəst bayramı anlamına gətirməyi bacardılar. Təbii ki, bir neçə gün gec olmaqla. Lap elə İsa peyğəmbərin dünyaya gəlməsi gününə saldılar. Əlbəttə çox qədimlərdə bu bayramın neçə keçiriılməsi haqqında əlimizdə dəqiq və səhih məlumatlar  və mənbələr yoxdur. Lakin bizim əcdadlarımızın bu bayramı necə keçirmələrindən asılı olmayaraq, bu gün mədəniyyətimizə, məişətimizə gəlib çıxan adətlər onu deməyə əsas verir ki, Kara tun bayramı da  böyük tonqallar qalanmaqla, şadyanalıqla, səhəri dirigözlü açmaqla keçirilib. Bu gün də bizim ətrafımızda olan türük kökənli xalqların nümayəndələri  Altaylarda, Sibirdə yaşayan türksoylu xalqların varisləri yenə də 21 dekabr Kara tun günü böyük tonqallar qalayıb, səhərin açılmasını gözləyir. Tonqallar ətrafında şadyanalıq edirlər .Əfsanələrə görə gərək ağ atı 7 və ya 9 dəfə tonqalın başına fırlatmalısan.  Bu macarlarda artıq ənənə halını almağa başlayıb. İldən ilə tonqalların  və bayramı keçirənlərin sayı çoxalır. Bu tonqallar türk xalqlarını bir araya yığır, birliyi, doğmalığı, qardaşlığı təsbit edir.


Kara tun bayramlarının ləğvi əslində bütpərəst xalqlar arasında çox böyük üsyanlar və narazılıqlar yaratmışdı. Bu da onunla əlaqədardır ki, türklər öz keçmişlərini heç vaxt unutmurlar. Ona görə də bu günə kimi folklorlarında, nağıllarında qədim  dinlər  və əfsanələrindən, əsatirlərdən  parçaları bu günümüzə qədər gətirib çıxarıblar. Macarıstan da bir sivil dövlət kimi qədim dinlərin qorunub saxlanmasında insanlara hətta kömək edir. Xristian dininin rəsmi qəbulunundan sonra bu yerlərtə Tanrıçılıq inancı  itib getmədi. O özünü Şamançılıq kimi bir yeni inancda büruzə verdi. Macar dilində “Allah” “İşten” deməkdir.  “İş və Ten” sözünü araşdıranda görürsən ki, onun özü elə Tanrı sözü ilə bağlıdır.  Hətta qaraçaylar və balkarlar da “İştenqri” sözünü öz leksikonlarında işlədirlər.


Lakin qədim macar mənbələrini arayanda görürük ki,  xristianlıq dinini qəbul edəndən sonra  Roma Papası və bir çox krallar  bu ölkədə  köçərilərə  bütpərəstlik və tanrıçılıq adətləri olan qurbankəsmə,  müqəddəs ağacların, qayaların qarşısında ayinlər keçirmək kimi adətləri qadağan etdilər. Qadağalar o qədər çoxalmışdı ki, hətta xristianların da  kilsələrdə  və ya dini ehkamlar üçün qurduqları çadırlarda ayinlərini keçirməyə icazə verilmirdi. Bu onu göstərir ki, əslində xristianlığa keçməyin yolu da çox məşəqqətli olub. Etnoloq  Vilmoş Dioseqnin şaman adət-ənələri haqqında  maraqlı elmi kitabı var.  O kitab bu gün qədim macar mədəniyyətinə işıq tutur. Sevindirici haldır ki, bu gün macarların  etnoloq alimləri də bu məsələ ilə bağlı araşdırmalar aparırlar.  – İnsanların əksəriyyəti kökünə və tarixinə daha çox bağlıdır. Karaçun bayramının əsasını  təşkil edən Gündüzün yerini Gecəyə verməsi ,  gecənin uzanması  bir təbiət hadisəsi kimi həmişə mövcud olacaq. Bu təbiət hadisəsini heç kim qadağan edə bilməz. İnsanlar  yenə də hiss etməyə başlayanda ki, onların həyat qarmoniyası, yaşamı daha çox təbiətlə bağlıdır, və bu bayramın özəlliyini də anlayacaqlar. Bu bayram heç bir dinə, irqə sığışmayan təbiətin anıdır, məqamıdır. Bu bayramı keçirməklə, biz heç kimin dini inancına qarşı çıxmırıq, sadəcə, soyumuza-kökükmüzə, adət-ənənmizə qayıdırıq. Biz çalışacağıq ki, bacardıqca bu bayram haqqında maraqlı məlumatlar yayaq. Çünki bu bizim- türklərin, qazaxların, azərilərin, qırğızların… mədəni irsidir.Və bunu yaymaq kütləviləşdirmək lazımdır.