Desinlər ki, xaçaturun da xançalı var – Züleyxa Nadir yazır

Züleyxa NADİR

Zeynəb Xanlarovanın “Ananın səsi” mahnısını ilk dəfə dinləyəndə hönkür-hönkür ağlamışdım. Onda 6 yaşım var idi. Sonralar anamdan ağlamağımın səbəbini soruşdum.  Müdrik anam müdrikcəsinə izah etdi ki, mahnıda haray var, müharibəyə nifrət var, sülhə çağırış var. Sən də gələcəyin anası olduğun  üçün o hisslərin fəhmi ilə gözlərindən yaş gəlib. Və o vaxt bu vaxt analar mənim üçün müharibə mövsuzunda tabudu. Ana və müharibə əks qütblərdi.

Dünyanın bütün xalqlarında belədi. Dövlətin birinci xanımından tutmuş sadə kəndli qadınına kimi hər kəs müharibəyə nifrət edir, onun  dayandırılması üçün calışır.  Azərbaycanın birinci vitse – prezidenti  xanım Mehriban Əliyeva bir ana  kimi bu məsələdə nümunədi. Hərdən də ürəyimdən keçib: kaş ki, Ermənistan rəhbərinin həyat yoldaşı da sülhpərvər qadın olaydı, öz xalqına nümunə göstərəydi. Sanki qadın ürəyimi oxuyub, 5-6 gün əvvəl  Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı “sülhpərvərliyini” nümayiş etdirdi.  Anna Akopyan özünün rəsmi instagram hesabında ingilis, rus və erməni dillərində Azərbaycan qadınları və analarına müraciət edərək hərbi əməliyyatları dayandırmağa çağırıb. Bəli, ilk baxışda xoş görünür, anlaşılandı. Amma bir az dərinə gedəndə aydınca hiss olunur ki, baş nazirin arvadı əri kimi ikiüzlülük edir, boş danışır. İnsan özü ilk addımı atmalı, nümunə olmalı, sonra başqasından bunu tələb  etməli, yaxud arzulamalıdı.

Azərbaycan anaları, qadınları, xanımları heç vaxt  müharibə istəməyiblər. Hə, o başqa məsələ ki,  tarixin dərinliklərindən gələn Tomris, Sara Xatun, Nigar, Aləmşah Bəyim, Burla Xatun, Banu Ciçək kimi qadınlar ər kişilər  birlikdə cəng meydanlarında  döyüşüblər. Onların davamçıları bu gün var, sabah da olacaq.  Qarabağ savaşlarında haqq işi üçün mübarizə aparan  azərbaycanlı analar, qadınlar döyüş ruhunu bu gün də itirməyiblər. Amma bu o demək deyil ki, Azərbaycan qadınları fitnəkarlığa səs verib, dayaq durublar. Azərbaycan qadını hər  zaman əxlaq nümunəsi, qürur, şərəf daşıyıcısı olub. Azərbaycan qadını heç vaxt erməninin kim qardaşyanları kimi özünü satmayıb. Azərbaycan qadını sülhə səs verdiyini başına  bağladığı  müqəddəs kəlağayısı ilə sübut edir. Əgər iki nəfər əlbəyaxa  savaşa qalxarsa, azərbaycanlı ana  başındakı yaylığını açıb onların arasına atar və savaş bitər. Çünki savaşa qalxan oğullar anaların baş yaylığının toxunulmaz olduğunu bilirlər. Onların tərbiyəsi yol verməz ki, tabu elan olunmuş kəlağayı, yaylıq  tapdansın. Azərbaycanlı oğullar üçün anaların baş örtüyü  üçrəngli bayraq qədər müqəddəsdi.  Anna Akopyan, sən bu cür oğulların anasınamı müraciət edirsən?

Anna Akopyan,  dörd uşaq anasısan. Ərin Azərbaycana və azərbaycanlılar nifrət edir. Əminəm sən də ondan qalmazsan. Ona da əminəm ki, uşaqlarına doğulan gündən  məhz bu nifrəti yükləmisən. Türkün böyüklüyünü öz erməni xislətinin murdarlığı ilə kiçiltməyə çalışmısan. Ulu Türkü özünə düşmən hesab edirsən.  Gülməlidi, vallah. Sən, axı, kimsən? Özünü nə hesab edirsən? Türk səninlə  niyə düşmənçilik etsin?  Filin qarışqaya savaş açdığına inanmaq mümkünmü? Bircə dəfə də olsun düşünmüsənmi ki, nədən Böyük Türk bir ovuc satqın, hiyləgər, murdar, xain erməniyə düşmən olsun? Düşünməmisən. Çünki sən o düşüncədən kasıbsan. Sənin damarlarınla türkə, Azərbaycana  nifrət axır. İxtisasca jurnalistsən – Allah qoymasa.  Məntiqlə ədalətli və vicdanlı yazılar müəllifi olmalısan. Analitik düşüncə qabiliyyətin, hadisələrə doğru-dürüst qiymət vermək bacarığınla fərqlənməlisən. Hələ onu demirəm ki, “Qadınlar sülh uğrunda” adlı bir təşkilat yaradıb ona rəhbətrlik edirsən. Amma sənin millətinin ağzından kin püskürür, düşüncələrindən üfunət iyi gəlir. Erməni xislətinin kor düyününü aça bilmirsən, Anna Akopyan. Bu xislətləmi Azərbaycan analarına müraciət edirsən?

İllərdi  Dağlıq Qarabağa dədə malı imiş kimi sahiblənmisiniz. Azərbaycan xalqının tarixi torpaqlarında at oynadırsınız. İllərdi  Azərbaycanda atəşkəs rejimi şəhidlər “doğur”. Azərbaycan qadınları “şəhid anası” statusunu qürurla daşıyırlar. Öz torpaqlarının müdafiəsinə qalxan oğullar  sinələrini düşmən gülləsinə sipər edərək şəhid olurlar. Bir düşün: sənin əsgərlərin  hansı  statusla Qarabağda gülləyə tuş gəlirlər? Məsələn Spitakda  doğulmuş 18 yaşlı  hansısa Aşotun, ya  Xaçaturun  Xocalıda nə işi var? Beynəlxalq tədbirlərdə, siyasi görüşlərdə ərin deyir ki, Dağlıq Qarabağ müstəqildi, Ermənistan onun  işinə qarışmır. Elədirsə, oğlun  Aşot iki il əvvəl nədən  Dağlıq Qarabağda əsgəri xidmətdə idi? Oğluna güllə dəysəydi neyniyərdin?  Kimi günahkar sayardın? Azərbaycan prezidentini, yoxsa erməni rəhbərlərini? Əminəm ki, Azərbaycan hökumətini və Azərbaycan ordusunu qanlı tutacaqdın .  Anna Akopyan, bu düşüncə iləmi  Azərbaycan analarına müraciət edirsən?

Azərbaycan ordusu Tovuz rayonu ərazisində atəşkəsi pozan hərbçilərinizin dərsini verdi. Üç günlük döyüşdə sənin  yüksək rütbəli zabitlərin, aşotların, xaçaturların gəbərdi. Düzdü  mənim oğlanlarım da şəhid oldu, əsgərlərim yaralandı. Amma bizdə şəhid anası olmaq qürurdu, şərəfdi. Bəlkə də sən bu qürurun, bu şərəfin nə olduğunu bimirsən.  Deyirsən: “Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək hərbi  hərəkətləri dayandırmağa, erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa çağırıram”. Yaxşı edirsən, yaxşı deyirsən, amma təhlükənin hansı tərəfdən başladığını niyə görmürsən? Atəşkəsin erməni silahlı qüvvələri tərəfindən pozulduğunu qeyd etməyi, deyəsən, lazım bilməmisən.

Anna Akopyan, bu çağırışdan öz  erməni qadınlarına da etdinmi? Etmədin. Etsəydin  döyüş  bəlkə də üç gün çəkməzdi və çoxlu sayda əsgərin, zabitin ölməzdi. Bilirsən ki, Azərbaycan  ordusu çox güclüdür, onun qarşısında duruş gətirə bilməzsiniz. Niyə hələ də dirəniş nümayiş etdirirsiniz? Kimə, nəyə güvənirsniz? Azərbaycan atalar sözü var: qonşu çırağına ümid olan işıqsız qalar. Əminəm ki, bu hikməti bilirsən. Və ona da əminəm ki, instagram hesabında  yazdığın fikirlər analıq haqqından, qadınlıq  duyğularından doğmayıb. Sadəcə, türk demiş, iş icabı protokol xatirinə çağırış etmisən.

Ki… desinlər xaçaturun da xançalı var.

Olaylar.