ONN İnformasiya Agentliyi

Düymə-düymə oyunu

Düymə-düymə oyunu
05 Yanvar 2018 - 14:47

İmam Əli (ə):«Nadanlıq bütün pisliklərin köküdür.»

Deyirəm dünya boşala-boşala gedir. Dostlar deyirlər yox, hanı hər ay məlumat verilir ki, dünyada insanların sayı arta-arta gedir axı!
XXI əsrdə uşaqlarımız nə qədər müasir və mürəkkəb oyunlarla başlarını qatırlarsa, onların buraxdığı primitiv oyuncaqlarını indi bəzi “böyüklər” oynamağa başlayıb. Məsələn, düymə-düymə, biri deyir raketləri tuşlamışam siz tərəfə ha, düyməsidə stolumun üstündədir. Digəri cavab verir ki, məndədə stolumun üstündədir amma düyməm daha iridi ha!
Hərdən də düşünürəm ki, hanı o böyük və müdrik liderlər! Yaxudda dünyanın taleyi görün kimlərin əlindədir. 
Sonda dünya xalqlarına və müdrik liderlərə bir müraciət etmək istəyirdim ki, elə bu yerdə unudulmaz Mahatma Qandinin müdrik kəlamlarından birini xatırladım:  “Dinlər eyni nöqtədə birləşən fərqli yollardır. Eyni məqsədə doğru gediriksə, yolları ayırmağın nə əhəmiyyəti var ki?!

Allah dünyanı şərdən, nadanlardan qurtarsın! 

CAVİD

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png