ONN media

Fuad Abbasovu Məhkum Etdirənlər Məhkum Olsunlar!- AYGÜN ATTAR yazır

Fuad Abbasovu Məhkum Etdirənlər Məhkum Olsunlar!- AYGÜN ATTAR yazır
22 May 2019 - 11:20

Azərbaycan mətbuatında yazılır ki, Rusiyada bir neçə Azərbaycan icması Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib.
Bu “ bir neçə Azərbaycan icması” kimlərdən ibarətdir?
Ailə üzvləri hansı millətdəndir?
Bu icma nümayəndələri bu qədər ki sözü keçən , nüfuzlu insanlardırsa ,niyə Qarabağın işğalı barəsində Moskvada səslərini çıxarmırlar?
Niyə 1.5 yaşındakı Zəhranın ölümü haqqında cinayət işi qaldırmadılar?
Niyə səhərdən axşama qədər Azərbaycanı Rusiya televiziyalarında təhqir edən erməni dığaları və axçiləri haqqında şikayət etmədilər də Azərbaycanı o proqramlarda müdafiə edən Fuad Malikoğlu Abbasov haqqında şikayətçi oldular?
Bu sualların dərhal cavablandırılmasını Rusiyadakı səfirlik nümayəndələrindən və Azərbaycan dövlətinin əlaqədar təşkilatlarından tələb edirəm.
Əgər bu xəyanət lazımi şəkildə cəzalandırılmasa , biz,  xaricdə yaşayan azərbaycanlılar eyni taleyi yaşama ehtimalı ilə psixoloji olaraq ümidsizliyə düçar olarıq.
Ermənipərəstlərə garşı mübarizədə necə uğur qazana bilərik?
Rusyada Azərbaycanlı qəhətliyi var ki, üç milyonun içindən həyat yoldaşı erməni olanı, qızı erməni ilə həyat quran birini icmanın rəhbəri seçirsiniz?
Ayıbdır!
Biz xaricdə yaşayan Azərbaycanlılar olaraq bir an əvvəl bu biabırçılığa son verilməsini tələb edirik.
Ağır cinayətkarlara, xususi təhlükəli resedivistlərə , teröristlərə rəva görülən tərzdə
Rus polisi tərəfindən əllərinə qandal vurulan , şəxsiyyəti təhqir edilən ,başı yerlərə eyilən məhkum etdirilən o şəxs Fuad Abbasovun timsalında Can Azərbaycandır?
Fuad Abbasov haqqında şikayətçi olan “ o Azərbaycan icmaları” nın təmsilçiləri Erməni qudalarına, Erməni qayınlarına Erməni konyakıyla doldurduqları qədəhlərini toqquşduranda verdikləri sözü yerinə yetirdikləri üçün yəqin çox sevinirlər.
Amma biz burada vətəndən uzaqta yaşayan Azərbaycanlılar vətəndaşımızın şəxsi intriqalara qurban edilməsinə görə ciddi şəkildə narahatıq.
İctimai fəaliyyətini daima Azərbaycan və Türkiyənin müdafiəsi əsasında həyata keçirən , nüfuzlu Azərbaycanlı bir jurnalistə qarşı bu təxribat sapı özümüzdən olan baltaların sayəsində Ermənilərin işinə yaradı ..
Təəssüflə
görürük ki,
Rusiyanın normal bazarlarında Azərbaycanlılar
Rusiyanın siyasət bazarlarında Ermənilər yaxud Erməni xislətlilər güclüdür..
Kimin daha karlı olduğu ortada !..
Zərərin harasından dönülsə kardır, bitirin bu rüsvayçılığı !!
Düşmən sevindirməyək , indi bizim bir-birimizlə şəxsi intriqa çevirməyə haqqımız yoxdur, çünki Vətən torpağımızın iyirmi faizi işğal altındadır.
Fuad Malikoğlu Abbasovu sadəcə tv kanallarında görmüşəm, amma “Məndən ötdü, qardaşıma dəydi” deyib kənarda durmamalıyıq.
Gün qeyrət günüdür , birlik bərabərlik günüdür.
Ulu şairimiz Məmməd Araz demişkən:
“Məndən ötdü deyənlərin qeyrətindən ,
Namusunu yeyənlərin qeyrətindən !
Səndən ötən mənə dəydi ,
Məndən ötən sənə dəydi ,
Səndən , məndən ötən zərbə
Vətən , Vətən , sənə dəydi ..”
Vətən , Erməni məclislərində verilən sözlər naminə Vətən( daşıyla) məsxərə edilməyəcək qədər müqəddəsdir.
Vətən, övladımızın məskəni, əcdadımızın mədfənidir.
Mayası turş ayran , sudü pozuk olanlar bunu anlamazlar !

Moskvada Fuad Abbasovu məhkum etdirənləri dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlılar Fuada sahib çıxaraq vicdanlarıyla məhkum etdilər.

Vətənə dəyəcək hər zərbənin qarşısında sədd kimi duran və qəlbi Vətən üçün çırpınan
Türkiyədə yaşayan bütün qeyrətli soydaşlarımızı
təmsilən:
#FuadAbbasovlabirlikteyik

Prof.Dr.Aygün Attar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png