ONN İnformasiya Agentliyi

Heydər Əliyev tərəfdaşları Səmədzadələrlə nəyə görə zamanında mübarizə aparıblar?

Heydər Əliyev tərəfdaşları Səmədzadələrlə nəyə görə zamanında mübarizə aparıblar?
23 Sentyabr 2020 - 15:08

Facebookda Vətən sevdalısı olan bir gəncin paylaşımını gördüm və çox hiddətləndim.

Paylaşımdan bəlli olur ki, Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” mövzusunda növbəti görüş milli məclisin deputatı akademik Ziyad Səmədzadə ilə baş tutub.

Tarixini UNUTMA!

Təbii ki, bir çoxlarınız əfsuslar olsun ki, bu dövrdə gedən prosesləri unutmusunuz. Gənclərin əksəriyyətinin isə, heç bu proseslərdən bəlkə də xəbərləri yoxdur. Elə məqsədli olaraq tariximizi bizlərə unutdurmaq istəyən qüvvələr zaman-zaman buna nail olduqca biz yenidən tarixin növbəti səhifəsində məğlub oluruq. Hər birimiz anlamalıyıq ki, tarixi unutqanlıq millətin milli ruhunu öldürür. Millətin ümumilikdə zəngin keçmişi ilə bərabər, şərəf və ləyaqətinə də ziyan vurur.

Siz fikir verin, ötən əsrin sonlarında daima Azərbaycanın Moskvasız iqtisadi cəhətdən yaşaya bilməyəcəyini bəyan edən, bu konsepsiyanı elmi əsaslarla “sübut” edən, ümummilli lider Heydər Əliyevin birbaşa əleyhinə olan biri bu gün gənclərimizə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” adlı mövzu çərçivəsində görüş keçirir.

Dağıl ,ey Dünya! YAP-ın yetkililəri, bu sizi narahat etmirmi?

Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzində bu görüşü hazırlayanlar, siz necə, hansı kriteriyaya əsaslanaraq bu görüşü təşkil etmisiniz? Sizcə, doğrudanmı Səmədzadənin buna mənəvi haqqı çatır? Bəs onda Heydər Əliyev tərəfdaşları Səmədzadələrlə nəyə görə zamanında mübarizə aparıblar?

Bu və bunun kimilər barədə dəfəlrlə yazmışam. Sadəcə olaraq,burada bir epizodu yada salmağımı özümə borc bildim.

Moskvanın müthi qulu, Azərbaycanın azadlığının əleyhinə, sovet imperiyasının qoruyub saxlanmasına xidmət edən Ayaz Mütəllibov ümummili lider Heydər Əliyevə təzyiqlər edir və hətta onun fiziki məhvinə belə konkret addımlar atır. Bu barədə Heydər Əliyevin özü dəfələrlə məlumat vermişdi. Elə aeroportdaca rəhmətlik Rafael Allahverdiyevin çevikliyi nəticəsində belə sui-qəsdlərdən birinin qarşısı alınır. Heydər Əliyev təhlükəni anlayaraq Naxçıvana getməyə məcbur olur.

Ulu öndər Heydər Əliyevin, Naxçıvandan seçilmiş deputatın o vaxtkı Ali Sovetin iclasında iştirak etməsi təbii ki, ayazları çox böyük qorxuya salmışdı. Heydər Əliyevi elə ilk iclasdaca “topa” tutanlardan biri Telman Orucov digəri isə Ziyad Səmədzadə idi. Təbii ki, Ayaz Mütəllibovun birbaşa diktəsi ilə baş verən bu polemikada, Ulu öndər Telman Orucova dedi ki, “vaxt var idi sən mənim pencəyimi saxlamağı özünə şərəf bilirdin, indi komisiyya yaratmaqdan danışırsan”. Səmədzadəyə isə “…sən konyukturasan..” dediyi o sözlər hələ də xatirimdədir.

İndi məsələ ondadır ki, bu pencək tutan və konyukturaçılar, zamanında Heydər Əliiyevə və Azərbaycana xəyanət edənlər yenə də siyasi səhnələrdə və ya yenə də pencək saxlamaq üçün pusqudadırlar. Eyni zamanda tarix göstərdi ki, Heydər Əliyev kimi dahi şəxsiyyət belə zamanında bu cür xəyanətkarları vaxtında tanımamışdı. Lakin bu dahi şəxsiyyətin həyat xronologiyası onu göstərdi ki, belələrinə arxa çevirmək olmaz. Unutmyaq ki, xəyanət edən bir daha xəyanət edəcək!

Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin. Xəyanət və xəyanətkarlardan Tanrı Vətənimizi və Dövlətimizi qorusun!

Əziz gənclər, TARİXİ UNUTMAYIN!

Cavid İsmayıl

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png