ONN İnformasiya Agentliyi

Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır

Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır
11 Avqust 2021 - 13:29

XXI əsr gözlənildiyi kimi çox mürəkkəb və təlatümlü oldu. Bununla yanaşı, insan oğlunun simasını tam itirmə prosesi də bu əsrin elə əvvəllərindən çox sürətlə gedir.

Əksər insanlar üçün mənəvi-əxlaqi dəyərlər heçə dönür. Dünya siyasəti isə mənəviyyatını çoxdan itirib. Bir müddət yalançı abır pərdəsi altında gizlinə çəkilən bu zadlar artıq o örtüyü də yırtıb atıb və tam olaraq şərəfsizcəsinə, nəinki, beynəlxalq hüquq və normalardan, ümumiyyətlə əksər hallarda adi insani keyfiyyətlərdən belə çox uzaq davranış, aqressiya sərgiləyirlər.

İndi dünyamız “kim güclüdür haqlı odur” yırtıcı qəbilə prinsipilə yaşayan və dünyaya hegemonluq edən bir ovuc mənəviyyatsız və əxlaqsızın əlində qalıb. Öz evlərində nizam-intizam yarada bilməyən olsa da, qolu zorludursa, qonşuya boylanaraq “sən belə yaşamalısan” diktəsi ilə ağlasığmaz, insani keyfiyyətlərdən uzaq, nə qədər iyrənc sifətlər varsa, o sifətləri alır və öz simasızlıq rənglərinə Tanrının yaratdığı bəşər cəmiyyətinin füsunkar rəngini boyamağa çalışırlar.

Eyni zamanda öz ailələrində hörməti, nüfuzu olmayan alayarımçıq, uşaqlıqdan həyatında mənfi iz qoyan amillərin təsiri altında həyatının prioreti kimi siyasi fahişəliyi özlərinə həyat kredosu seçənlər də az deyil.

Bu günlərdə Rusiya siyasətinin üfünətli iy verən siması Jirinovskinin yenə də sərsəmlədiyi sizlərə bəllidir. Heç kimə sirr deyil ki, jirinovskilərin iy vermiş simasının altında gizlənməyə çalışan əsas söz sahibləri bu məxluqun ağzı ilə danışır və hədələyirlər.

İndi nəzər salaq, kimdir Jirinovski? Niyə Jirinovski biz türkləri sevmir?

Moskva Dövlət Universitetinin Şərq Dilləri İnstitutunun (1972-ci ildə Asiya və Afrika Ölkələri İnstitutu adlandırıldı) tələbəsi (1964-1970 ) Jirinovski, əsasən Türkiyə və Türk dilini öyrənirdi. O, təhsildə fərqlənir və kursun komsomol bürosunun katibi təyin edilir.

Tələbə Jirinovski İran və Türkiyədə praktikada olur. O, 1969-cu ildə diplomqabağı təcrübə keçmək üçün “Neftekhimpromexport” (İskəndərum, Türkiyə) xarici ticarət birliyi tərəfindən neft emalı zavodunun inşası üçün Türkiyəyə tərcüməçi olaraq göndərilir.

Və 1969-cu ildə Türkiyədə həbs edildiyi qeyd edilsə də, həbsin səbəbləri rəsmi olaraq bu gün də bəlli deyil.

Media arxivini araşdıranda görünür ki, Jirinovskinin özü Türkiyədə həbs edilməsinin müyyən zamanlarda müxtəlif səbəblərdən irəli gəldiyini iddia edib. Daha dəqiq səbəbini eyni göstərsə də detalları fərqli şərh edib.

Bir versiyaya görə Jirinovski tikintidə işləyən fəhləyə rus şairi Puşkinin nişanını verib və guya bunu görən Türk xüsusi xidmət təşkilatı “Karl Marksın nişanıdır”deyə həbs edib, digər versiyada guya Moskvadan Türkiyəyə gedərkən cibində qalan 3 rubl pula aeroportda Avrora gəmisi, oraq və çəkic, Kreml qüllələrini əks etdirən nişanlar alıb. Məqsədi guya onları satıb valyutaya çevirmək olub. Amma həbs edilib.

İlkin olaraq 20 il həbs təhlükəsi olsa da yenə də özünün verdiyi məlumata əsasən 17 gün Türkiyədə həbsxanada qalıb. Göründüyü kimi müxtəlif zamanlarda verilən açıqlamalarda bir-birindən qəti fərqlənən detallar var.

Əslində oxuduqca ilk baxışdan düşünərsiniz ki, burada nə var ki? SSRİ zamanı xaricə praktikaya gedən tələbəyə görünür ki, DTK (KQB) hansısa tapşırıq verib və tələbənin uğursuz təbliğatı ifşa edilib və həbs edilib. Lakin reallıqda əlimizdə olan faktları təhlil etdikcə görürük ki, bu prosesdə qaranlıq qalan məqamlar var.

İllər öncə Şimalı Qafqazda sanatoriyaların birində həmsöhbətim olan Rusiyada ali məktəb müəllimi olan Nikitin soyadlı professor, Jirinovskinin əslində Türkiyədə fəhlələrə qarşı seksual hərəkətlərə görə yerli polis tərəfindən həbs edildiyini bildirmişdi. O, Jirinovskinin Türkiyədə həbsxanada zorlandığını da deyirdi..

Həbsdə 17 gün qaldıqdan sonra Jirinovski səfirliyin köməkliyi ilə azad etdirilir və SSRİyə geri göndərilir. Məhz elə Jirinovski transseksuallığı ilə o vaxtkı SSRİni biabır etdiyi üçün onun elə Moskvadaca problemləri başlayır. Belə ki, ali məktəbi fərqlənmə ilə bitirməsinə, komsomalda fəal içtimai fəaliyyətinə baxmayaraq onu Kommunist Partiyasına belə qəbul etmirlər, aspiranturaya gedən yolu isə bağlanır. Beləliklə o beynəlxalq münasibətlər karyerasından daimi olaraq vidalaşır.

Elə bu səbəbə görə də, Jirinovski nəinki türkləri bu gün də sevmir, onun hətta rakı şüşəsini də görməyə gözü yoxdur.

Nə isə…

Jirinovski daha sonra hüquqşunaslıq yolunu tutur. Hüquqşunaslıq demişgən, elə 1991-ci ildə Jirinovskinin keçmiş vəkil yoldaşları, RSFSR prezidentliyinə namizədin mənəvi natəmizliyi haqqında açıq bir məktubla media vasitəsilə seçicilərə müraciət etmişdilər.

1990-cı ildə Suvorov hərbi məktəbinin gənc kursantına qarşı, 1999-cu ildə Tümen vilayətinin Nijnyaya Tavda kəndindən olan Valentina Novaka, jurnalist Renata qarşı seksual hərəkətlər-təcavüzlər etdiyi, gey kluba üzv olması və geylərin müdafiəçisinə çevrilməsi də bizlərə bəllidir.

Əslində bunların heç birinin bizlərə aidiyyəti yoxdur. Can özünün cəhənnəm özünün. Məmləkət də özlərinin.

Sadəcə sözüm Rusiya siyasətinin başbilənlərinədir. Bəllidir ki, içinizdə saxladığınız, açıq söyləyə bilmədiyiniz sözləri Jirikin vasitəsi ilə çatdırırsınız. Bizdə də bir misal var. Deyirlər dostunu göstər, deyim sən kimsən. İndi o boyda Rusiyada sizi təmsil etmək üçün ortaya çıxarda bildiyiniz bu üzdəniraq oldu? Hə, əgər ruhunuza tam uyğundursa, tam sizin simanızı əks etdirirsə, onda mənim sözüm yoxdur.

Cavid İSMAYIL
ONN İnformasiya Agentliyi
image_printÇap Et
Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır
Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır
Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır
Jirinovski Türkləri niyə sevmir? – Cavid İsmayıl yazır
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png