ONN İnformasiya Agentliyi

Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var…. CAVİD İSMAYIL YAZIR

Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var…. CAVİD İSMAYIL YAZIR
19 Avqust 2021 - 16:50

Əfəndilər!

Məhərrəmlik  ayındayıq. Bu ali, müqəddəs məktəbi baş yarmaq, zəncir vurmaq, özünə zərər vermək, əbləh-əbləh hərəkətlər etmək, sərsəm-sərsəm danışmaqla  adiləşdirməyin!
Məhərrəmlik ayında toy edənlərin övladları və ya ailələrinin bədbəxt olacaqları fikirləri yalnız islamı dəyərləri ucuzlaşdırmaqdır.   İran deyilən dövlətin Tehran şəhərində   2019-cu ildə Tasua və Aşura günlərində 51-ci erməni oyunlarının açılış mərasimini səsli-küylü musiqi və kollektiv rəqslə keçirmək,   Allah evlərinə donuz bağlayan, müsəlman dini məbədlərini təhqir edən, müsəlman qız-gəlinin başına zülm açan, müsəlman qəbirstanlıqlarını məhv edən ermənilərin şərəfinə atəşfəşanlıq etmək   bir daha onu  sübut etdi ki, bəzi zadların əsas məqsədi heç də İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edilməsinə yas tutmaq deyil. 
Aşura günü ilə bağlı mövqeyim.
“Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir…” deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi. 
Biz Türklər də tarixi daha da qədimlərə getsə də o, islamda azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bu cür qəhrəmanlıq mübarizələri ilə məğlub edən deyil, məğlub olanlar qələbə çalırlar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında “yox” deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək. 

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELESİN. AMİN.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png