Nuhun mobil telefonu və ya müasir dövrümüzdə nələr baş verir?

Nuhun mobil telefonu və ya müasir dövrümüzdə nələr baş verir? və yaxud kişinin muştuluğunu verin Nuhun cib telefonu tapılıb!

Dindirir əsr bizi, dinməyiriz, 
Atılan toplara diksinməyiriz, 
Əcnəbi göydə balonlarla gəzir, 
Biz hələ avtomobil minməyiriz…

 

Bu günlərdə Türkiyədə yayımlanan “TRT” kanalında Pelin Çiftin təqdim etdiyi verilişdə maraqlı bir epizodla tanış oldum. 
Belə ki, verlişin qonaqlarından olan və alim kimi təqdim edilən Yavuz Örnək, Nuh tufanına toxunaraq öz təbili ilə desək elmi sübütlara əsaslanaraq iddia edir di ki, Nuh oğlu ilə məhs mobil telefonla danışaraq onu yola gətirmək istəyib, digər bir iddia Nuhun gəmisinin taxdadan deyil müasir texnologiya ilə, inşa edilib və nüvə yanacağı ilə işlədiyi haqda ağız dolusu danışırdı. Yaxudda başqa bir iddiası, nuhun oğlu atasının təklifini qəbul etsə idi gəmiyə necə gedəcəidi sualına isə özüdə cavab verir ki, təbii ki, insansız hava nəqliyyatı ilə. 
Başqa bir vaxt isə, əgər bu “alim” çıxıb iddia etsə ki, Nuhun ən müasir texnologiyaya cavab verəcək böyük zavodu olub və məhz tək idarə etmə ilə özü idarə edərək avtomotlaşdırılmış konveer üsulu ilə bu gəmi həmin zavodda inşa edilib heç təcüblənmərəm. Çünki, belə müasir gəminin inşa ediləsi zavodunda müasir olmalsında qeyri adi nə var ki?. 
Amma əslində məni düşündürən başqa məsələdi. XXI əsrdə özünü alim sayıb, ciddi kanallardan sayılan televiziya verilişinə çıxardılaraq biriləri görəsən cəmiyyətə hansı mesajı vermək istəyir?!
Müasir dövümüzdə nələr baş verir? 
Ruhu şad olsun! Unudulmaz Mirzə Ələkbər Sabirin yuxarıda sitat gətirdiyim beyti əfsuslar olsun ki, bu gün də aktuallığını saxlayıb. Əcnəbilərin uydurduğu nağılları, əsatirləri bəzi bizimkilər özünküləşdirərək cahil fikirlərini beyinlərə yeridərək əslində belələrinin vasitəsi ilə, insanları cəmiyyətdə baş verən əsas hədəflərdən yayındırmağa çalışırlar. Əcnəbilər isə hələdə balonlarda gəzir və uydurmaları ilə cahillərin əlləşməsini keyflə izləyillər.
Tanrı cahillərdən cəmiyyətimizi uzaq etsin.

Cavid