O, adı kimi Dövlətçiliyə sadiqdir – Cavid İsmayıl yazır

İndi çoxlarına asan gəlir və ya o dövrdə mövcud geosiyasi vəziyyətin nə qədər mürəkkəb, ağır və təhlükəli olduğunu, yenicə yaranmış müstəqil Azərbaycanın düşdüyü çox mürəkkəb vəziyyət haqqında bir çoxunun heç təsəvvürləri belə təəssüf ki yoxdur.

Vətənin belə bir ağır zamanında Vətənin düşdüyü ağır vəziyyətindən, respublikamızın gələcəyinin təhlükədə olduğundan narahat olan və Vətənin düşdüyü bu ağır vəziyyətdən çıxara biləcəyinə əmin olan bir qrup ziyalının ümummilli lider Heydər Əliyevə müraciət edərək tarixi bir missiyanın başlanğıcının əsası qoyuldu. Bəli bu çağırış, tariximizdə məşhur  “91-lər”in müraciəti adı ilə tarixə yazılmış oldu. Məhz bu müraciət yenidən Ulu Öndər Heydər Əliyevi böyük siyasətə qaytarmış oldu. Bu çağrışın ardı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Bu ağır dövrü bilavasitə yaşadığım və bu proseslərdə yaxından iştirak etdiyim üçün bir çox həqiqətləri çox yaxşı xatırlayıram.

Atam, YAP-ın ən fəall qurucularından, Ulu Öndər Heydər Əliyevin təhlükəli – ölümlü günlərində ən yaxın silahdaş və sirdaşlarından biri olan professor Əjdər İsmayılov Şərur rayonunda qısa bir zaman içində 32 min insanı toplayaraq “Heydər Əliyevin tərəfdarları” adında təşəbbüs qrupu təşkil etmiş və 1992-ci ilin 22 aprel tarixində Naxçıvan televiziyasının lentə aldığı Şərur rayonunun mədəniyyət sarayında təşkil etdiyi rayon əhalisinin geniş toplantısında Heydər Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək haqqında qərar qəbul edilməsinə nail olmuşdu.

Professor Əjdər İsmayılov, Şərur camaatının qəbul etdiyi bu tarixi qərarı Bakıya 23 aprel tarixində Bakıda “Əlincə” cəmiyyətinə çatdırdıqda ardı ilə 24 aprel tarixində Ali Sovetin qarşısında Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını alan maneəni – “yaş senzi”ni aradan qaldırmaq üçün sessiyanın çağrılmasını tələb edən 24 aprel tarixindən mitinqlərə başladıqları zamandan xatırlayırdı ki, “…orada əvvəlcədən nəzərimi çox fəal bir gənc cəlb etmişdi. Qorxmaz, Vətənin düşdüyü bu ağır vəziyyətə biganə qalmaması və təmiz qəlblə Heydər Əliyevi xilaskar gözü ilə görməsi və bütün bu proseslərdə fəal iştirakı yaxşı yadımdadır. Zaman-zaman bu yolun təhlükəliyi-ağırlığına dözməyərək kənarlaşan da oldu, bu yola xəyanət edənlər də oldu,  amma o gənc-tələbə Heydər Əliyevçi olduğu üçün universitetdən qovulsa da  doğru bildiyi bu yoldan dönmədi” Professsor bu sözləri Texniki elmlər namizədi, Millət Vəkili Sadiq Qurbanov haqqında  demişdi.

 Bəli indi Heydər Əliyevçi, YAP üzvü olmaq çox asandır. O zaman Heydər Əliyevçi olmaq nəinki çox çətin idi, eyni zamanda çox da təhlükəli idi. Doğrudur zamanında Heydər Əliyevçi olub o siyasi kursdan bəhrələnən, o siyasi xəttə xəyanət edənləri də az görmədik. Lakin doğrudan da Sadiq Qurbanov və onun kimilər yürüdükləri bu şərəfli, tarixi yola sadiq qalaraq bu gün də bu yolda şərəf və ləyaqətlə Dövlətçiliyə xidmət edirlər.

Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakna görə hörmətli millət vəkilimiz Sadiq Qurbanovun   “Tərəqqi” medalı ilə təltif etməsi məni də çox sevindirdi.

Sadiq müəllim bütün varlığı ilə dədə kökə, milli kimliyə bağlı, əsl Türkçü və Turan sevdalısı və daim sadə xalqın içində olan barmaqla sayılası Millət Vəkillərindən biridir.

O, bütün varlığı ilə Dövlətçiliyə adı kimi sadiqdir.

Hörmətli Sadiq müəllim, türkün qeyrətli oğlu, sizi səmimi qəlbdən təbrik edirəm. Dövlətçilik uğrunda işlərinizdə daima uğurlar arzu edirəm.